25 Avqust 2017 18:12
2 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda ilk dəfə "Küləyin rəqsi" adlı Beynəlxalq Çərpələng Festivalı keçiriləcək.

Heydər Əliyev Mərkəzinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, layihədə Azərbaycan, Latviya, Monqolustan, Ukrayna, Litva, Danimarka və Finlandiyadan olan 10 rəssam iştirak edəcək.
Fırça ustalarının müxtəlif rəsmlər çəkdiyi, fərqli ölçü və formalı 50 çərpələng “Küləklər şəhəri” Bakının səmasını bəzəyəcək və rəngarəng palitra yaradaraq tamaşaçılara unudulmaz təəssürat bəxş edəcək.

Əyləncə proqramı saat 17.00-da start götürəcək və Heydər Əliyev Mərkəzinin parkında azyaşlılar üçün müxtəlif əyləncə proqramları təqdim olunacaq.

Saat 18.00-da başlayacaq festival çərçivəsində həvəskar uşaqlar da səmaya 200-dək çərpələng uçuracaqlar.
"Sevimli Bala" uşaq klubunun dəstəyi ilə qurulan oyun zonasında balacaları şar və köpük şouları, batut, sürüşkənlər, böyük ölçüdə yumşaq konstruktorlar və plastmas şahmatlar gözləyir. Uşaqlar mərkəzin parkında, həmçinin, müxtəlif nağıl personajları ilə şənlənə, üzlərini arzu etdikləri rəsmlərlə boyatdıra, eləcə də karikaturalarını çəkdirə biləcəklər.

Çərpələng şousu konsert proqramı ilə davam edəcək.


Müəllif: Könül

Oxşar xəbərlər