27 Avqust 2017 10:50
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 16 il ərzində Azərbaycanda yaşı 16-dək olan qadınlar tərəfindən doğulan uşaqların sayı 6 dəfə, 16 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 2 dəfə artıb.

Teleqraf.com xəbər verir ki, 2000-ci ildə 16 yaşa qədər qadınlar tərəfindən 24 uşaq,16 yaşda olan qadınlar tərəfindən 319 uşaq doğulub.

Bu say sonrakı illərdə 2000-ci illə müqayisədə yalnız artmağa doğru dəyişib.

Son 16 il ərzində 16 yaşda olan qadınlar tərəfindən ən çox uşaqların doğulduğu il 2010 və 2011-ci illər olub. 2010-cu ildə Azərbaycanda 16 yaşda olan qadınlar tərəfindən 855, 2011-ci ildə 964 uşaq doğulub.

Son 16 il ərzində 16 yaşa qədər olan qadınlar tərəfindən doğulan uşaqların sayı daha çox 2014 və 2015-ci illərdə qeydə alınıb. 2014-cü ildə belə qadınlar tərəfindən 228, 2015-ci ildə 175 uşaq doğulub.

2016-ci ildə yaşı 16-dək və 16 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 2014 və 2015-ci illərlə müqayisədə azalsa da, ötən il bu yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı yenə də 2000-ci illərin əvvəlində doğulanlardan çoxdur.

2016-cı ildə Azərbaycanda yaşı 16-dək olan qadınlar tərəfindən 150, 16 yaşda olan qadınlar tərəfindən 600 uşaq doğulub.

Ümumilikdə, 2016-cı ildə Azərbaycanda 20 yaşadək qadınlar tərəfindən 16894 (2015-ci ildə 18056 uşaq) uşaq doğulub ki, onların 150-si yaşı 16-dək, 600-ü 16 yaşda, 2059-u 17 yaşda, 5278-i 18 yaşda, 8807-i 19 yaşda olan qadınlar tərəfindən doğulub.

Ötən il 15-19 yaşlı qadınlar tərəfindən diri doğulan 16894 uşağın 14110-u qadının 1-ci, 2636-ı 2-ci, 140-ı 3-cü, 8-i 4-cü uşaq kimi dünyaya gəlib.

Xatıqladaq ki, Azərbaycanda qadın və kişilər üçün nikah yaşı 18-dir. Lakin bəzi üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər