27 Avqust 2017 11:46
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində silah anbarında baş vermiş partlayışla əlaqədar hadisə yerində 10 təcili tibbi yardım briqadası var.

Bunu Teleqraf.com-a açıqlamasında Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SNTTTYS) baş həkimi Mirələm Cəlalov deyib.

Baş həkim bildirib ki, hazırda təcili yardım maşınları əraziyə yaxınaşa bilmirlər. Mirələm Cəlalov qeyd edib ki, ətraf rayonların da təcili tibbi yardım maşınları hadisə yerinə getmək üçün hazırdı: "Ehtiyac olsa, 10 briqadadan əlavə briqada göndəriləcək".


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər