Ötən il Azərbaycanda 712 uşaqda ilk dəfə piylənmə aşkar edilib.
Bu barədəTeleqraf.com-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, piylənmə aşkar olunanlardan 306 nəfəri qız, 406 nəfər isə oğlandır. Oğlanların 57.4 faizi 0-13 yaş, 32.2 faizi 14-17 yaş aralığındadır.
Qızların isə 72.3 faizi 0-13 yaş, 26.8 faizi isə 14-17 yaş arasında dəyişir.
Bu ilin əvvəlinə əhalinin hər 100 000 nəfərinə hesabı ilə tibb müəssisələrində bu xəstəliklə qeydiyyatda olan xəstələrin sayı 54 nəfər olub.