“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 3 ay uzadılması ilə bağlı qərar qəbul edilib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Məhkəməsinin qərarı ilə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə istintaq idarəsinin müstəntiqinin təqdimatı təmin edilib.
Əziz Orucov barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur.
Əziz Orucovun barəsində bu ilin iyulun 1-də cinayət işi başlanıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlər üzrə istintaq idarəsində araşdırılır.