İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.
Teleqraf.com-un məlumatına görə. axtarışa verilən Azərbaycan vətəndaşı Rüfət Hökmalıyev dələduzluqda təqsirləndirilir.
1977-ci il təvəllüdlü R.Hökmalıyev Azərbaycanın məhkəmə orqanı tərəfindən istintaqa cəlb edilsə də, o, istintaqdan yayınıb. R.Hökmalıyev barəsində həbs qətimkan tədbiri seçilib və onun axtarışa verilməsi barədə qərar çıxarılıb. Məhkəmənin qərarı əsasında İnterpol R.Hökmalıyev barədə beynəlxalq axtarış elan edib.