30 Avqust 2017 01:28
1 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Telejurnalist Mübariz Əsgərov ARB TV-də yeni layihəyə start verib.

Teleqraf.com-un məlumatına görə, “Xalqın şairi” adlanan müsabiqədə artıq münsiflər heyətinin tərkibi müəyyənləşib.

Münsiflər heyətinə əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, tanınmış şair Qulu Ağsəs, əməkdar incəsənət xadimi aşıq Əhliman Rəhimov və əməkdar artist Elza Seyidcahan daxildir. Artıq layihənin seçim turlarına start verilib.

Müsabiqədə şairlik istedadı və bədii qiraət bacarığı olan şəxslər yarışacaqlar.

Verilişin ikinci aparıcısı isə Yeganə Cansail olacaq. O, iştirakçılarla xüsusi otaqda söhbətləşib onları səhnəyə yola salacaq.

Həftələrlə davam edəcək layihənin qalibini isə sonda ev mükafatı gözləyir.


Müəllif: Könül

Oxşar xəbərlər