Aparıcı Xoşqədəm Hidayətqızı mərhum repçi Hüseyn Dərya ilə arxiv fotosunu paylaşıb.
Teleqraf.com xəbər verir ki, aparıcı 7 il əvvəl lentə alınan şəklinə bunları qeyd edib:
“2010-cu ildə Şəki uşaq evində müəllifi olduğum proqram gözəl bir şənlik təşkil etmişdi. Heç unutmayacağam, səhər saat 6-da efirə çıxmalıydıq. Bizim kollektiv hər zaman olduğu kimi saat 5-də telekanala gəldi. Qapının yanında maşında oturan Hüseyn Dəryanı gördüm. O da tədbirə dəvətli idi. Niyə tez gəldiyini soruşdum. Gülərək dedi ki, "Sən dəvət etmisən, bilirəm ki, gecikənləri sevmirsən".
O tədbirdə o qədər gözəl iştirak etdi ki… Ürəyi gözəl insan, Allah sənə rəhmət etsin”.