Hindistanda doğuş zamanı həkimlər arasında mübahisə yaranıb. Nəticədə yeni doğulan körpə ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə Hindistanın Jodhpur şəhərində yerləşən xəstəxanaların birində baş verib. Umaid xəstəxanası cərrahiyyə əməliyyatı zamanı mübahisə edən həkimlərin videosunu yayıb. Həkimlər əməliyyatın ortasında mübahisəyə başlayıb, əməliyyat masasında xəstənin olmasına baxmayaraq, dava düşüb. Doğuşun ardından isə körpə ölüb. Həkimlərin mübahisəsi əməliyyat masasında olan xəstənin yemək yeyib yeməməsi ilə bağlı olub.
Racastan Ali Məhkəməsi şəhərin ən böyük xəstəxanasında baş verən qalmaqalhaqqında məlumat verilməsini tələb edib.