30 Avqust 2017 18:51
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Qurban bayramı münasibəti ilə sentyabrın 1-dən sentyabrın 4-dək gücləndirilmiş iş rejimində işləyəcək.

“Azəriqaz”dan Teleqraf.com-a verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək.

Sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Regional Qaz İstismar İdarələrində və Xidmət sahələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

“Azəriqaz” bütün təbii qaz istehlakçılarıni bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməsini xahiş edir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər