30 Avqust 2017 23:11
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov və Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, E.Məmmədyarov həmkarına ünvanladığı məktubunda Azərbaycan və Qazaxıstan xalqları arasında dərin tarixi və mədəni-mənəvi əlaqələrin, qarşılıqlı hörmət və uzunmüddətli dostluğun iki ölkə arasında mövcud yüksək səviyyədə əməkdaşlığın təməlini qoyduğunu bildirib. Həmçinin, nazir diplomatik münasibətlərin qurulmasından etibarən bütün sahələri əhatə edən ikitərəfli münasibətlərin qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət etdiyini qeyd edib.

E.Məmmədyarov əməkdaşlığın növbəti inkişafına dair mühüm qərarların Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin bu il Azərbaycana rəsmi səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşü əsnasında verildiyini diqqətə çatdırıb. Həmçinin, nazir iki ölkə arasında sözügedən qərarların həyata keçirilməsinə istiqamətlənmiş diplomatik fəaliyyətin qarşıdan gələn illərdə də uğurlu və səmərəli şəkildə davam etdiriləcəyinə əminliyin ifadə edib.

E.Məmmədyarov Qazaxıstanın ikitərəfli və çoxtərəfli müstəvidə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair ədalətli mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib.

Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov E.Məmmədyarova ünvanladığı məktubunda iki ölkə arasında tarixi dostluğa əsaslanan yüksək səviyyəli siyasi dialoqun, ənənəvi hörmət və qarşılıqlı inam mühitinin ötən müddət ərzində Qazaxıstan-Azərbaycan əməkdaşlığının əsas nailiyyətləri olduğunu bildirib.

K.Abdraxmanov iki ölkə arasında bütün səviyyələrdə qarşılıqlı təmasların çoxtərəfli əməkdaşlğın genişlənməsinə gətirib çıxardığını qeyd edib. Bu xüsusda, nazir Qazaxıstan Prezidenti N.Nazarbayevin bu ilin aprel ayında Azərbaycana səfəri çərçivəsində gündəlikdə duran aktual məsələlərin müzakirə edildiyini və onların reallaşdırılması ilə strateji tərəfdaşlığın gələcək inkişafı üçün birgə səylərə təkan veriləcəyini diqqətə çatdırıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər