31 Avqust 2017 01:57
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonunda 2 uşaq atasını elektrik cərəyanı vuraraq öldürüb.

Teleqraf.com ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Ərçivan kəndində qeydə alınıb. Yaranan borcla əlaqədar Elektrik Şəbəkəsinin əməkdaşları Anar Mürşüdovun yaşadığı evin enerjisini kəsiblər. 40 yaşlı Anar Mürşüdov işdən gəldikdə evdə elektriyin olmadığını görüb və kəsilən elektrik naqilini özü birləşdirmək üçün elektrik dirəyinə çıxıb. Orada onu yüksək gərginlikli elektrik cərəyanı vurub.

Ağır xəsarət alan Anar Mürşüdov dərhal yaxınlarının köməkliyi ilə Astara rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ancaq həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırmalara başlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər