31 Avqust 2017 21:28
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Konya şəhərində ana bətnində ağ ciyərinə su yığılmış 22 həftəlik körpə nadir üsulla əməliyyat olunub.

Teleqraf.com xəbər verir ki, həkimlər beş aylıq körpəyə şunt taxıblar.

Konya Təhsil və Araşdırma Xəstəxanasından bildirilib ki, ağ ciyərində su toplanan körpənin orqanları inkişaf etməyib, ürək yerini dəyişməyə meylli olub. Belə olanda adətən aborta müraciət edilir, nadir hallarda ana bətnində əməliyyat aparılır.

Dünyada təsadüfən rast gəlinən bu xəstəliyə müdaxilə edilməsəydi, körpə ana bətnində ölə bilərdi.

Türkiyədə ilk dəfə olaraq belə əməliyyat aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər