Millət vəkili Qənirə Paşayeva Qurban bayramı ərəfəsində Ağdama səfər edib.
Teleqraf.com xəbər verir ki, millət vəkili cəbhə xəttində yaşayan həmyerlilərimizi bayram payı ilə sevindirib. Q.Paşayeva həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edərək, dəyərli hədiyyələrini təqdim edib. O, sosial şəbəkədə həmin görüşdən olan fotoları yayımlayaraq, bu sözləri yazıb:
“Ön cəbhədə, Ağdam kəndindəyik. Sakinlərimizin Qurban bayramını təbrik edib qayğı və problemlərini dinləyirik. Nicat və Kazımla yaxşı söhbət etdik. Hər ikisi daha da yaxşı oxuyacaqlarına söz verdilər. Hədiyyələrimiz arasında onlara kitab hədiyyəsi də var idi. Kitabı maraqla qarşılamalarına şad oldum. Allah ön cəbhəmizdə yaşayan sakinlərimizi qorusun və bayramları mübarək olsun!”