4 Sentyabr 2017 18:29
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Polşanın milli müdafiə naziri Antoni Maçereviçin dəvəti ilə Varşava şəhərinə yola düşüb.

Müdafiə Nazirliyindən Teleqraf.com-a bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z. Həsənovun Polşanın milli müdafiə naziri ilə ikitərəfli formatda görüşü, Beynəlxalq Müdafiə Sənayesi sərgisində iştirakı və digər tədbirləri planlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər