6 Sentyabr 2017 13:00
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa Respublikasında səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kielce şəhərində keçirilən MSPO - 2017 beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti sərgidə nümayiş etdirilən hərbi və müdafiə təyinatlı məhsullara baxış keçirib, müxtəlif ölkələrin müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olub.


Müəllif: Teleqraf.com