"Dərman vasitələri haqqında" qanuna əsasən, qiymətləri tənzimlənmiş dərman vasitələrinin istehlakçılara fərqli qiymətlərlə satışı qadağandır.
Bu barədə Teleqraf.com-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, dərman vasitələrinin təsdiq edilmiş qiymətlərdən aşağı və yaxud yuxarı qiymətlərlə satışına görə İnzibati Xətalar Məcəlləsində vəzifəli şəxslərə 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslərə 3 000 manatdan 5 000 manatadək cərimə nəzərdə tutulur.
İstehlakçılara dərman alarkən qiymətlərə diqqət yetirməyi, dərman vasitələrinin dövlət tərəfindən təsdiq olunmuş qiymətlərdən fərqli qiymətlərlə satışı halları ilə rastlaşdıqda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, (012) 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri tövsiyə olunur.