Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mobil telefon və aksesuarlarının gömrük nəzarətindən gizli şəkildə ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük komitəsindən Teleqraf.com-a verilən məlumata görə, idarənin “Sadıxlı” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Vüqar Yusifovun idarə etdiyi “Mercedes-Benz 180” markalı, 90 FZ 536 dövlət nömrə nişanlı avtomobilə gömrük nəzarəti həyata keçirilib.
Baxış zamanı, həmin nəqliyyat vasitəsinin sağ və sol karniz bölməsinin kəsilməsi ilə xüsusi düzəldilmiş yerlərində gizlədilən - 28 ədəd “Sunlean model S2”, 49 ədəd “Xinova T210” markalı mobil telefonlar və mobil telefona aid 98 ədəd adapter, eləcə də arxa oturacağın arxasında gizlədilən 92 ədəd mobil telefon qutusu aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.