11 Sentyabr 2017 10:46
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar keyfiyyətsiz mebellər barədə Azad İstehlakçılar Birliyininə çoxsaylı şikayətlər daxil olur.

Bunu Teleqraf.com-a açıqlamasında birliyin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycanda sexlərdə mebellər yığılır və xarici ölkə məhsulları kimi satılır:

“İnsanlar düşünür ki, xaricdən gələn məhsul daha yaxşı olur. Buna görə də yerli istehsalçılar çox vaxt öz məhsulumuzu xarici marka adı ilə satır. İnsanlar mebeli bəyəndikdən sonra mütləq müqavilə imzalamalı, çek almalıdırlar. Yaxşı olar ki, alınan mebellərin şəkillərini çəksinlər. Bəzən mebelləri evə gətirildikdən sonra mağazada sifariş verilən mebellərlərdən fərqli olur”.

Eyyub Hüseynov qeyd edib ki, mebellərin keyfiyyətinə görə hər ay birliyə istehsalçıların aldadılmasına dair 6-7 şikayət daxil olur.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər