Dişlərini rentgen şüası ilə yoxladan insanlarda meningioma adlanan beyin şişi digərlərinə nisbətən daha çox təsadüf edilir.
Teleqraf.com xəbər verir ki, beyin şişlərinin rentgen şüası ilə əlaqəli olduğu ilə bağlı əvvəlki araşdırmalar dəstəklənsə də, şüanın insanlarda birbaşa şiş yaratdığını sübut etmir.
Qeyd edək ki, meningioma beyində ən çox yaranan şişdir. Bu şişlər beyin toxumalarında, membranlarda yerləşir. Bu şişlərin böyük əksəriyyəti xoşxassəlidir. Onlar yerlərindən asılı olaraq korluğa və ya digər nevroloji xəstəliklərə səbəb ola bilər.
Beyin qapağında olan bu şişlərin bütövlüklə çıxarılması daha çətindir. Şişlərdən asılı olaraq cərrahiyyə əməliyyatı tələb olunmaya bilər.
Araşdırmaya görə, xəstələrin əksəriyyəti qafqazlı olub. Araşdırmada iştirak edən xəstələrin 1433-nün orta yaşı 57 olub. Bu isə onların dişlərinin rentgen müayinəsi zamanı köhnə texnologiyanın daha yüksək radiasiyaya səbəb olması ilə əlaqələndirilir
Dişlərin bütün şəkillərini çəkən panoreks müayinəsi də meningioma şişləri riskini artırır. Tədqiqatçılar qeyd edirlər ki, əgər araşdırmada iştirak edənlər 10 yaşından daha erkən panoreks müayinəsindən keçiblərsə, onlarda meningioma şişləri riski 4.9 dəfə artıb.
Araşdırma ayrı-ayrı şəxslərin öz həyatı boyunca rentgen şüasını qəbul etmə sayına uyğun aparılır. Ona görə də burada bir qədər yanlışlıq ola bilər. O, bir daha qeyd edib ki, bu, rentgen şüasının insanlarda birbaşa şiş yaratdığını sübut etmir.