Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, idarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin salonunda gömrük nəzarətinə düzgün bəyan edilməyən və aksiz markasız 18 ədəd 1 litrlik "Qosudarev zakaz" adlı spirtli içki aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.