Bu ilin avqust ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 280 mln. 128,4 min manat təşkil edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Komitənin avqust ayı üzrə açıqladığı hesabatda yer alıb.
Məlumatda bildirib ki, avqustda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 65 mln. 310,3 min manat, aksizlər üzrə 8 mln. 556,9 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 202 mln. 150,9 min manat, yol vergisi üzrə isə 4 mln. 110,3 min manat təşkil edib.