11 Sentyabr 2017 20:39
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanlara daha çox Bexterev xəstəliyi kimi məlum olan ankilozlaşdırıcı spondilit onurğanın xronik iltihabi xəstəliyinə təsadüf edilir. Bu xəstəlik zamanı əsasən omba-qılça, fəqərəarası və fəqərə çıxıntıları oynaqları zədələnir. Bəzi xəstələrdə ətraf oynaqlar və daxili orqanlar da prosesə cəlb olunur. Bu vəziyyət Bexterev xəstəliyi üçün xarakter olan "dilənçi pozası" adlanır.

Axar.az xəbər verir ki, xəstəliyin yaranmasını çox zaman immun sistemdəki genetik dəyişiklərlə əlaqələndirirlər.

Yeni genetik təsnifata görə, spondiloartrit (Bexterev xəstəliyi) autoinflammator genetik xəstəliklər qrupuna aiddir. Əsas simptom onurğanın zədələnməsidir. Xəstəlik tədricən başlayır və adətən özünü gecələr daha da güclənən bel ağrısı ilə büruzə verir. Bir müddətdən sonra onurğada hərəkət məhdudluğu yaranır. Tədricən onurğada olan fizioloji əyriliklər hamarlaşır və onurğanın döş şöbəsində patoloji əyrilik yaranır. Bu əyrilik yarandıqdan sonra artıq xəstəyə hətta məsafədən də diaqnoz qoymaq olar.

Qeyd edək ki, bu xəstəlik kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Xəstəlik mürəkkəb və ağırgedişli olduğundan müalicədə biotənzimləyici preparatlar və metodlar effektiv və uğurla istifadə edilir. Biotənzimləyici terapiyanın istifadəsi həm müalicədə daha yaxşı nəticə almağa, həm də bütövlükdə orqanizmin bərpasına xidmət edir.

Ünvan: Bakı; Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri-110

Telefon: (012,050,055,070) 430 89 89


Müəllif: Teleqraf.com