"Turan" İnformasiya agentliyinin rəhbəri Mehman Əliyevin azadlığa buraxılması müsbət addımdır"
Teleqraf.com xəbər verir ki, bunu ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Harlem Desir Mehman Əliyevin həbsdən azad olunmasına dair yaydığı bəyanatda bildirib.
Harlem Desir Mehman Əliyevin üzərindən bütün ittihamların götürülməsini vacib sayır: “Media azadlığı ofisi məsələni yaxından izləməkdə davam edəcək. Biz media azadlığı və jurnalistlərin təhlükəsizliyinin təmin olunmasında Azərbaycana yardım göstərməyə hazırıq”.