12 Sentyabr 2017 08:17
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

2011-ci ildə Nazirlər Kabineti tərəfindən qəbul edilmiş orta məktəblərin nümunəvi nizamnaməsinə görə, hər bir məktəbin müstəqil şəkildə geyim forması müəyyən etmək səlahiyyəti var.

Bunu Teleqraf.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, məktəbin pedaqoji şurası vahid dizayn forması qəbul edə, valideynlərə bu barədə məlumat çatdırıla bilər: “Hazırda Bakı Tikiş Evi bütün məktəblər üçün müəyyən edilmiş forma standartlarına uyğun geyimlər tikir. Amma bu o demək deyil ki, bütün məktəblər yalnız Bakı Tikiş Evinin hazırladığı formadan istifadə etməlidir. Məsələ burasındadır ki, bəzi tikiş sexlərinin məhsulları standartlara cavab vermir və ya aşağı keyfiyyətli olur.

Forma seçimi zamanı valideynlər diqqətli olmalı, keyfiyyətsiz, saxta formaları almamalıdırlar”.

Təhsil Nazirliyi də ekspretin dediklərini təsidqləyib. Nazirlikdən Teleqraf.com-a bildirilib ki, Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəblərində təhsilalanların geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur. Buna uyğun olaraq həmin prosesə nəzarət məktəbin özü tərəfindən həyata keçirilir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər