12 Sentyabr 2017 18:01
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandan Rusiyaya aparılan və Krasnoyarsk hava limanında müsadirə olunan 15 ədəd dəfnə ağacına Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti müvafiq sertifikat verməyib.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Dövlət Fitosanitar Nəzarət Xidmətinin mətbuat katibi Rövşən Ziya bildirib.

Onun sözlərinə görə, həmin ağaclar yoxlamadan keçməyib: “Rusiyada məhv edilən bitkilər Dövlət Xidmətində müvafiq yoxlamadan keçmədən qonşu ölkəyə aparılıb”.

Qeyd edək ki, Rusiyanın Krasnoyarsk hava limanında Azərbaycandan gətirilən fitosanitarr riskli l 15 ədəd dəfnə ağacı tingi müsadirə olunaraq yandırılıb.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər