12 Sentyabr 2017 23:20
2 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "Paryaşiy most" piyada estakadası Ginnesin Rekordlar Kitabına düşə bilər.

Bu barədə məlumatı Teleqraf.com-a həmin layihənin mühəndisləri verib.

Bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə rəsmi açılışı olmuş estakada şəhərin "Zaryadye" parkı ərazisində yerləşir.

"Paryaşiy most" Azərbaycanın "Hidrotexniki və nəqliyyat qurğularının layihələndirilməsi üzrə Hidrotransproyekt elmi-tədqiqat mərkəzi" MMC-nin Moskvadakı filialı olan "Hidrotransproekt İnstitutu" QSC-nin mütəxəssisləri tərəfindən layihələndirilib.

Piyada estakadasının tikintisi Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" (keçmiş "Azərkörpü") tərəfindən aparılıb.

Qeyd olunub ki, dünyada bu cür qurğunun hələ ki analoqu yoxdur: "Dünyada konsolunun (konsol-körpünün dayaqsz hissəsi) uzunluğu 70 metr olan heç bir estakada və ya tikili yoxdur. Adətən əgər hər hansı bir qurğunun konsolunun uzunluğu 20 metrdən dən çoxdursa, o, unikal qurğu hesab edilir. "Paryaşiy most"un konsolunun uzunluğu isə 70 metrdir və bu göstəriciyə görə, o, Ginnesin Rekordlar Kitabına düşə bilər".

Qeyd edək ki, şirkət 2010-2013-cu illərdə Kazan şəhərində 6 yol otürücünü, eləcə də 1 körpünü layihələndirib və körpünün inşasında iştirak edib.


Müəllif: Könül

Oxşar xəbərlər