24 İyul 2014 16:13
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası (MNX) iki gün ərzində əhaliyə pulsuz tibbi xidmət göstərəcək.

Teleqraf.com-un xəbərinə görə, Ramazan bayramı münasibətilə 25-26 iyul tarixlərində MNX-nin Poliklinikasında “Açıq qapı” günü keçiriləcək.

Aksiya çərçivəsində bütün həkim heyəti qeyd edilən günlərdə 8:00-dən 16:00-dək ehtiyacı olan hər kəsə ödənişsiz tibbi xidmət göstərəcək.

Naibə


Müəllif: