14 Sentyabr 2017 09:07
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Blogger Aleksandr Lapşin Azərbaycanı tərk edib.

Telkeqraf.com-un məlumatına görə, o, bir qədər əvvəl Heydər Əliyev Beynəlxalq hava limanından Bakı-Tel Əviv reysi ilə İsrailə yollanıb. A. Lapşini anası Bella Lapşina müşayiət edib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev senyabrın 11-də Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilib. Onu da əlavə edək ki, A. Lapşin sentyabrın 10-da cəzaçəkmə müəssisəsində intihara cəhd edib.

Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılıb. O, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

A. Lapşin Cinayət Məcəlləsinin 281.2-ci (dövlətə qarşı açıq çağırışlar) və 318.2-ci (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 281.2-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma - Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə irəli sürülən ittihama xitam verib, bu maddə üzrə ittihamın təsdiqini tapmaması qənaətinə gəlib. A. Lapşin Cinayət Məcəlləsinin 318.2-ci (sərhədi qanunsuz keçmək) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul tarixli hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər