15 Sentyabr 2017 18:06
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi Fərhad Cabbarovun sentyabrın 15-ni “Şəhər günü” kimi qeyd etməklə bağlı fikrinə araşdırmaçı yazar Əbülfəz Şeydabəyovdan cavab gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb:

“15 sentyabrın "Bakının Qurtuluş Günü" kimi rəsmi bayram təqviminə əlavə olunması ilə bağlı fikirlə həmrəyəm. Ölkə tarixçiləri və ziyalıları mütləq 15 sentyabrın Bakının qurtuluş günü kimi qeyd olunması ilə bağlı yerli televiziya kanallarında diskussiyalar təşkil etməklə, bu şanlı tarixin bayram təqvimimizə əlavə olunması ilə bağlı müraciətdə bulunmalıdırlar.

Hər dəfə deyirəm. Bilik günü o zaman möhkəm olar ki, gənclərimiz ərən-babalarımızın bizə miras qoyduqları tarixi dəyərləri və qələbələri dərindən dərk edərək mənimsəsinlər.

Əgər belə debatlar təşkil olunarsa, mən bir Bakı sakini kimi, bütün varlığımla, araşdırma bilgilərimlə silahlanıb, orada iştirak edib 15 Sentyabr - Bakının Qurtuluş Gününün milli tariximiz üçün həyati önəmini müdafiə etməyə hazıram...

Bayramınız mübarək olsun!”


Müəllif: Könül

Oxşar xəbərlər