15 Sentyabr 2017 23:33
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Statistikaya baxanda boşanan ailələrin bir çoxunda səbəb övladsızlıqla bağlıdır. Bu cür ailələrə tibbi texnologiyaların nailiyyətlərindən istifadə edərək övlad sahibi olmaları istiqamətində dövlət tərəfindən dəstək göstərilməlidir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri deputat Qənirə Paşayeva səsləndirib. O, bir sıra xəstəliklərin artmaması üçün əhali arasında geniş tibbi maarifləndirilmə işlərinin aparılmasına böyük ehtiyac olduğunu söyləyib.

Millət vəkilinin fikrincə, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin yenidən parlamentin müzakirəsinə çıxarılmasına ehtiyac var: “Süni mayalanma da daxil olmaqla, bir sıra vacib məsələlərin əks olunduğu bu layihə qısa zamanda qəbul edilməlidir. Çünki bu, minlərlə insanın həyatı ilə bağlıdır”.

Qənirə Paşayeva deyib ki, qəbul olunan qanunların mahiyyətinin sadə insanlara çatdırılmasında, maarifləndirmə işində ciddi addımların atılmasına da önəm verilməlidir: “Səhiyyə sahəsi hər bir insanı ciddi maraqlandırır. Ana və yeni doğulan körpənin sağlamlıq məsələləri ilə bağlı əhalinin KİV vasitəsilə maarifləndirilməsinə böyük ehtiyac var. Bu gün çoxlu sayda xəstəliklər sürətlə artır. Bəzən insanların elementar tibbi bilgisizlik üzündən ona yoluxması və ya vaxtında addım atmaması üzündən həyatı risqə girir. Bu hallarının azalması üçün xüsusilə bölgələrdə və kəndlərdə tibbi maarifləndirmə genişləndirilməlidir”.


Müəllif: Kəmalə

Oxşar xəbərlər