18 Sentyabr 2017 12:43
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın "Patent və Əmtəə Nişanları Mərkəzi" publik hüquqi şəxs və Moldovaın Əqli Mülkiyyət üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq Memorandumu imzalanıb.

Teleqraf.com-un məlumatına görə, memorandumda tərəflər arasında təcrübə mübadiləsi, xüsusiləşdirilmiş əqli mülkiyyət xidmətlərinin müştərilərə çatdırılmasında əməkdaşlıq, sənaye mülkiyyəti və onun gələcək inkişafı ilə bağlı qanunvericilik üzrə məlumat mübadiləsi, əqli mülkiyyət üzrə maarifləndirmə tədbirlərində iştirak, birgə konfranslar, simpoziumlar, seminarlar və sənaye mülkiyyətinə aid digər növ tədbirlərin təşkili imkanlarının araşdırılması, coğrafi göstəricilərin mühafizəsi sisteminin təşviqi və dəstəklənməsi, coğrafi göstəricilərin mühafizəsi sahəsində biliklərin artırılması, iki ölkənin elmi-tədqiqat qurumları, müəssisələri və digər əqli mülkiyyət sahibləri arasında əqli mülkiyyət hüquqlarının təşviqi sahələri üzrə əməkdaşlıq aparılması nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər