18 Sentyabr 2017 14:44
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 17-də Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərrac keçirəcək.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, hərracda 149 dövlət əmlakı satışa çıxarılacaq. Bunlardan 43-ü kiçik dövlət müəssisə və obyekti, 78-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 8-i isə nəqliyyat vasitələridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var.

Səhmdar cəmiyyətlərə “Azinterservis”, “Bərdə Kərpic”, “Tərtər Konserv”, “Azərmetalinvest“, “Oğuz Kəndkimya”, “Çatal Broyler“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir.

Hərracda ən yüksək qiymətə özəlləşdirməyə çıxarılan kiçik dövlət müəssisəsi Sumqayıtda yerləşən 22 saylı mağazadır. Adı çəkilən əmlak 217 min 857 manata təklif edilir.

Bundan başqa İmişlidə yerləşən 26 saylı yeməkxana da sahibi üçün iaşə sahəsində gəlirli hesab olunur.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 62-i paytaxtda, qalanları isə respublikanın digər şəhər və rayonlarda yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsinə təklif olunub. Bu əmlak 230 min manat start qiyməti ilə hərraca çıxarılıb.

Daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan paytaxtın Xətai rayonunda yerləşən 15 kv.m olan qeyri yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 2000 manatdır.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin markaları müxtəlifdir. İlkin start qiyməti isə 1080 manatla 4 min manat arasında dəyişir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər