19 Sentyabr 2017 11:09
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilmiş mobil telefon və aksesuarlarının realizə edilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşının idarə etdiyi "Toyota Land Cruiser Prado" markalı avtomobil Mingəçevir şəhəri, Heydər Əliyev prospektində gömrükçülər tərəfindən saxlanılıb və nəqliyyat vasitəsi gömrük baxışı keçirilməsi məqsədilə Yevlax Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib.

Aparılan yoxlama zamanı avtomobilin yük yerindən 5 ədəd "Samsung Galaxy J3 Pro Gold", 10 ədəd "Samsung Galaxy J3 Pro Black", 5 ədəd "Samsung Galaxy A3", 1 ədəd "Samsung Galaxy A5 Gold" markalı mobil telefon və aksesuarları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: İlhamə Əbülfət