Xalq artisti Fuad Poladovda xərçəng xəstəliyi aşkar olunub.
Milli Onkologiya Mərkəzindən APA-ya bildirilib ki, xərçəng Fuad Poladovun ağciyərinin sol payında aşkarlanıb. Xalq artisti iyulun 12-də Milli Onkologiya Mərkəzində qeydiyyata alınıb: “Fuad Poladov sonuncu dəfə avqustun 30-da I Kimyaterapiya Şöbəsində yataq şəraitində müalicə alıb”.