19 Sentyabr 2017 13:10
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı avtobusun sərnişin tərəfindən döyülən sürücüsü Kərimov Qüdrət sərnişindən tələbində tamamilə haqlıdır.

Bunu Teleqraf.com-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib.

Onun sözlərinə görə, nəqliyyat vasitələrindən istifadə edən hər kəsin əməl etməli olduğu qaydalar var:

“Kart sisteminə keçirilən avtobuslarda sərnişinlər ön qapıdan minməli, arxa qapıdan isə düşməlidirlər. Baş verən hadisədə avtobus sürücüsünün tələbi tamamilə haqlıdır. Sərnişin qaydaları pozur və üstəlik özünü haqlı hesab edir. Görüntülərdə sürücünü təhqir də edir. Həmin sərnişinin oğlu sürücüyə fiziki təzyiq göstərərək üzünə zərbələr endirib. Bu kimi hallarda hadisəyə aydınlıq gətirilməsi üçün müşahidə kameralarının olması vacibdir. Məhz müşahidə kameraları vasitəsilə hadisənin təfərrüatları operativ şəkildə məlum olur”.

Mais Ağayev qeyd edib ki, bütün sərnişin daşıyan avtobuslarda müşahidə kameralarının olması vacibdir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər