Bakıda “26 Bakı komissarı”nın məzarını ziyarət edənlər var. Onlar cümhuriyyətimizi quran ziyalılarımızı Daşnak-Musavat tör-töküntüsü adlandırırlar.
Teleqraf.com xəbər verir ki, olayla bağlı məlumat və görüntüləri KXCP Ali Məcslinin üzvü Elşən Əlisoy sosial şəbəkədə paylaşıb:
“Kominist olduqlarını idda edən bu rusbaşlar çıxışlarında və yaydıqları məlumatda Şaumyanın da təmsil olunduğu komisarları Azərbaycanın qəhrəmanları kimi təqdim etməkdən belə çəkinmirlər.
Dostlar, Fəxri Xiyabanda hələ də bu xainlərin məzarlarının olması və həmin məzarlarda “Müsavat”çıları xain adlandıran yazıların qorunub saxlanılması, Bakıda 26 Bakı Komisarlarının adına küçənin olması və ən əsas da ən qatı cəlladların Suraxanı rayonundakı qəbirlərinin ziyarətgaha çevrilməsinə cəhd millətimizin adına təhqirdir. Bu virusun yayılmasının qarşısı alınmalıdır.
Siz hələ bunların yaydığı bəyanatda olan cümlələrə baxın:
"Daşnak-musavat törtöküntüləri anlayırdılar ki, öz çirkin məqsədlərinə nail omaq üçün əsas vasitələrdən biri də milli ədavəti qızışdırmaqdır. Onların bilavasitə təşkilatçılığı ilə 1918-ci ilin mart ayının 30-dan aprel ayının 2-nə qədər Bakı şəhərində, həmçinin Bakının quberniyalarında, bir tərəfdən Quba, Xaçmaz, digər tərəfdən Şamaxı, Ağsu, Göyçay, Lənkəran, Qarabağ və Naxçıvan ərazilərində törədilmiş qətliamlarda "26-lar"ın heç bir suçu yoxdur, əksinə onlar qardaş qırğınının qarşısını almağa çalışıblar".
Dəyərli dostlar, bu xəstə düşüncə sahiblərinin zəhərli təbliğatları elə yerindəcə boğulmalıdır, bu rusbaşlılar mütləq nəzarət altına alınmalıdırlar, bunlar evdə olan sandıqlarında Stalinin, Leninin büstünü saxlayan adamlardır və bir gün Rusiyadan gələn hər bir terror tapşırığını özlərindən qabakı satqınlar kimi canla-başla yerinə yetirəcəklər".