21 Sentyabr 2017 15:05
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

DGK-dan Teleqraf.com-a verilən məlumata görə idarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin salonunda, torpedanın içərisində 6 ədəd "Samsung J3-6" markalı mobil telefon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com