21 Sentyabr 2017 16:23
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiçikhəcmli gəmilərin sürücüləri həmin gəmiləri idarə etmək üçün sürücülük vəsiqəsi almalı olacaqlar.

Nazirlər Kabinetindən Teleqraf.com-a verilən məlumata görə, bununla bağlı "Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları"nda dəyişiklik edilib.

Dəyişikliklərə əsasən, kiçikhəcmli gəmilərin sürücüləri həmin gəmiləri idarə etmək üçün Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən verilmiş sürücülük vəsiqələrinə malik olmalıdırlar.

İndiyədək mövcud olan qaydalara görə isə kiçikhəcmli gəmilərin sürücüləri Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin İxtisas Komissiyası tərəfindən verilmiş mühərrikli və yelkənli qayıqların idarə olunması hüququnu verən şəhadətnaməyə malik olmalı idilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər