Orta məktəblərdə tədris olunan 8-ci sinfin Azərbaycan dili dərsliyində bir mətn valideynlərin etirazına səbəb olub.
Teleqraf.com xəbər verir ki, həmin mətndə vulqar sözlər işlədilib və uşaqlara normal mətnlə müqayisə etmək üçün təqdim olunub.
Buna etiraz edən valideynlər sosial şəbəkələrdə bu fotonu paylaşaraq, 8-ci sinif şagirdinə bu cür sözlər öyrətməyin ziyanlı ola biləcəyini qeyd ediblər.
Həmin mətni təqdim edirik:
Həsən və Mehdi söhbət edir:
- Alə, axşam gedey gezmeyə?
- Hara, brat?
- Nə bilim, çıxaruğ şəhərə, bir az mırt tutaruğ.
- Ala, dibilsən? Camaatnan nə işimiz var? Bir də axşam hazırrığlarım var. Allah haqqı, evdə məni nadayet eliyiblər. Oxu, oxu... Lap adamı təkərə salırlar ey...
- Karoçi, gedirsən, getmirsən?
- Yox da, qırıl, dedim, dərsə gedirəm.