21 Sentyabr 2017 17:57
1 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 23-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Təlim-tədris mərkəzində Milli Olimpiya Komitəsi, Fövqəladə Hallar Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi və “Events Management Azerbaijan” şirkətinin təşkilatçılığı ilə beynəlxalq səviyyəli ekstremal idman yarışı olan “Hero League” - “Mübarizlər” yarışı keçiriləcək.

Bu barədə Teleqraf.com-a FHN-dən məlumat verilib.

Yarış haqqında daha ətraflı məlumatı www.mubarizler.az saytından və ya layihənin sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.


Müəllif: İlhamə Əbülfət