Dünyada neftin qiymətinin 56 dollardan yüksək olması müvəqqətidir.
Bunu Teleqraf.com-a açıqlamsında iqtisadçı ekspert İlham Şaban deyib.
Onun sözlərnə görə, neftin bahalaşamsı obyektiv səbəblərlə əlaqəli deyil: “Dolların avroya nisbətən ucuzlaşması, sentyabrın əvvəllərindən Amerikada baş verən qasırğa zamanı neft hasilatının azalması qiymətin qalxmasına səbəb olan amillərdəndir. Fikrimcə, bir qədər sonra neft yenidən ucuzlaşacaq və qiymət 52 dollara kimi düşəcək”.
Ekspert bildirib ki, bu ilin 7 ayının yekunlarına görə, Azərbaycanın neftdən kifayət qədər gəlir götürüb: “Azərbaycan dünya bazarına təsir edəcək qüvvə deyil. Ölkəmiz dünya bazarına 600 min bareldən bir qədər çox neft çıxarırıq. Digər ölkələr isə dünya bazarına 95 milyon barel neft ixrac edir. Onun üçün bizim dünya bazarına təsirimiz faktiki olaraq yoxdur.
Neft qiymətlərində artımı ölkə iqtisadiyyatına faydası baxımından qiymətləndirə bilərik. Ötən 7 ayın yekunlarına nəzər salsaq, gəlirlərimizin kifayət qədər olduğunu görərir. Baxmayaraq ki, neftin həcimi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon tondan çox azalıb.
Ancaq Dövlət Neft Fondununa Azəri-Çıraq-Günəşlidən daxilolmalar 2016-ci ildə 5,1 milyard dollar idisə, hazırda 3,8 milyarddan çox daxilolma var. Dörd ayda 2 milyard dollar vəsait daxil olsa, bu, təqribən 5,9 milyard vəsait deməkdir.
Bu, yaxşı rəqəmdir. Bəlkə də bu rəqəm 6 milyard səviyyəni də keçə bilər”.
İlham Şaban qeyd edib ki, gəlirlərin artması dördüncü rübdəki hasilat həcimlərindən asılı olacaq.