22 Sentyabr 2017 11:42
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşura tədbirləri ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin fitvası var. Həmin fitvada irəli sürülən fikirlər bütün məscidlərdə həyata keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, Aşura mərasimləri yüksək səviyyədə, qanun çərçivəsində, fitvada irəli sürülən qaydalar daxilində baş tutacaq.

Komitə sədri qeyd edib ki, qurumun respublikanın rayonlarında şöbələri, nümayəndələri var: "Biz məscidlərdə vaxtaşırı monitorinqlər keçiririk. Bu cür monitorinqlər davam etdiriləcək. Təbii ki, bu monitorinqlərin məqsədi qanuna əməl edilib-edilməməsi haqqında məlumatlanmaqdır".


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər