23 Sentyabr 2017 22:48
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Doğulan hər 100 uşaqdan ikisində hər hansı bir səbəblə əlaqədar olaraq anomaliya aşkarlanırsa, qohum cütlüklərdə bu risk ikiqat artır. Qohum evliliklərində həmçinin sağlam uşaqlar da dünyaya gələ bilər. Uşaq ata və anadan gen alaraq doğulur. Xromosomlar sayəsində ata və ananın genləri ana bətnində olarkən uşağa ötürülür. Ötürülən bu genlər cüt quruluşdadır. Genlər irsiyyəti daşıyır və ötürür.

Axar.az xəbər verir ki, qohum evliliklərində doğulan uşaqlarda bir sıra genetik xəstəliklərə rast gəlmək olur. Talassemiya - qan parçalanması ilə müşahidə olunan bir xəstəlikdir. Bu xəstəliyin bir çox növü var. İki talassemiya daşıyıcısı nikaha girərsə, bu cütlüyün uşaqlarının talassemiya xəstəsi olmaq ehtimalı artır.

Əslində, talassemiya daşıyıcıları sağlam hesab edilir. Onların müalicəyə ehtiyacı olmur. Ancaq belə xəstələrin bəzilərində yüngül qan azlığına təsadüf edilə bilər. Elə bu səbəbdən də çoxları talassemiya daşıyıcısı olduqlarını heç təsəvvürlərinə belə gətirmirlər. Onlar daşıyıcı olduqlarını yalnız böyük talassemiyalı xəstə uşaqları olduqdan sonra və ya təsadüfən xüsusi hematoloji müayinədən keçəndən sonra bilirlər.

Amma yaxın qohumla nikah zamanı ümumi əcdaddan talassemiya geninin irsən ötürülməsi və öz uşaqlarına ötürmə riski daha da artır. Yaxın qohumlarda eyni qüsurlu genin olma riski 12,5 faiz təşkil edir. Ona görə də yaxın qohumla evlənmək qərarı qəti olduqda nikaha qədər həkimlərə müraciət etmək və qüsurlu genlərin olub-olmamasını təyin etmək lazımdır.

Bunun üçün artıq xarici ölkələrə üz tutmağa ehtiyac yoxdur. İzmirin Ege Universitetinin professoru, həmyerlimiz Afiq Bərdəlinin rəhbərliyi altında fəaliyyət göstərən Afgen genetik laboratoriyasında artıq Azərbaycanda bir çox genetik xəstəliklərə son modelli avadanlıqların köməyilə dəqiq diaqnoz qoyulur.

Qeyd edək ki, bu mərkəz 2012-ci ildən Bioloji Təbabət klinikasında fəaliyyətini davam etdirir.

Ünvan: Bakı, 3 mkr, Pişəvəri 110 (Cavadxan küç. 24), Memar Əcəmi m. st. yaxınlığı.

Telefon: (012,050,055,070) 430 89 89


Müəllif: Teleqraf.com