26 Sentyabr 2017 18:31
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) vasitəsilə fəaliyyət göstərən Birləşmiş Ştatlar Cocuq Mərcanlı kəndində iqtisadi inkişaf və icma bacarıqlarının artırılmasına dair proqrama başlayıb.

ABŞ səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, ABŞ-ın Cocuq Mərcanlıda fəaliyyətlərə qatılması USAİD-ın missiya rəhbəri Mikaela Meredisin kəndə etdiyi səfərdən sonra mümkün olub: “2017-ci ilin fevralında xanım Meredis Cocuq Mərcanlıya hökumət tərəfindən təşkil olunmuş diplomatların səfərinə qatılıb, orada məcburi köçkünlərin vəziyyəti ilə tanış olub və beynəlxalq ictimaiyyətin aparılan bərpa işlərinə yardım etmək imkanlarını öyrənib. USAİD-ın tövsiyəsi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Sosial İqtisadi İnkişaf Fəaliyyəti layihəsi icrasını əlaqələndirən Şərq-Qərb İdarəçilik İnstitutu (EWMI) Cocuq Mərcanlıda sosial və iqtisadı bərpaya olan ehtiyacları müəyyənləşdirib”.

Qeyd olunur ki, iyunun 29-da EWMI təmsilçiləri Cocuq Mərcanlıya gedərək ABŞ hökumətinin yerli icmaya sosial və iqtisadi baxımdan yardım imkanlarını qiymətləndiriblər: “Qiymətləndirmə və Cocuq Mərcanlının icra və icma nümayəndələri ilə keçirilən bir neçə görüşdən sonra kənd sakinləri təşkilatdan iki otaqdan ibarət yem email məntəqəsinin inşasına yardım etməsini xahiş ediblər. Məntəqənin fəaliyyəti icmada heyvandarlığın və kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Hal-hazırda icma tərəfindən seçilən və təlim almış könüllülərdən ibarət İcma İnkişafı Şurası həm sözügedən layihənin, həm də gələcəkdə oxşar layihələrin həyata keçirilməsi üçün səfərbər olunub”.


Müəllif: Səxavət

Oxşar xəbərlər