27 Sentyabr 2017 19:55
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Politoloqlar Mərkəzi “İctimai iştirakçılığın təmin olunması, şəffaflığın və ictimai nəzarətin gücləndirilməsində gənclərin rolu” - Gənclər Düşərgəsinin təşkili layihəsinin icrasına start verib.Teleqraf.com Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən təlim proqramı dörd gün davam etmişdir. Layihənin əsas məqsədi gənc liderlərə şəffaflıq, hesabatlılıq, ictimai iştirak və məsuliyyətli vətəndaş prinsiplərini aşılayan bilik və bacarıqları tədris etməklə onların açıq və məsuliyyətli idarəetmənin müdafiəçiləri olmasına nail olmaqdır.

Dörd günlük düşərgə müddətində 20 gənc təlim və müzakirələrlə yanaşı, interaktiv tədris sessiyaları və praktiki oyunlardan ibarət proqramdan da yararlanıblar.

“Hüquqi dövlətdə demokratik institutların möhkəmləndirilməsində ictimai nəzarət və şəffaflıq kimi prinsiplərin rolu mühümdür. İctimai nəzarət demokratik institutların əsas atributlarından olub əsasən sosial davranış qaydalarını tənzimləməklə, cəmiyyətdə davranış normalar sistemini təsbit edir. İctimai nəzarətin gücləndirilməsi və şəffaflığın artırılmasında ictimai sektor ilə yanaşı vətəndaş cəmiyyəti institutları - QHT, KİV, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri və gənclərin rolu əsasdır”, Gənc Politoloqlar Mərkəzinin rəhbəri İkin Əliyev konfransın açılışında bildirib.

Qeyd edək ki, Gənc Politoloqlar Mərkəzi 1997-ci ildən fəaliyyət göstərir və təşkilatın əsas məqsədi hüquqi-demokratik cəmiyyətin fəal iştirakçıları olan gənclərin siyasi və hüquqi təhsil və biliklərinin artırılmasına və təhkimləşdirilməsinə dəstək olmaqdan ibarətdir.


Müəllif: Könül

Oxşar xəbərlər