27 Sentyabr 2017 20:29
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yay mövsümi ərzində Azərzbaycan regionlarinda mehmanxanalara 860 mindən çox turist yerləşdirilib.

Teleqraf com xəbər verir ki, bunu Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Günü ilə bağlı keçirdiyi mətbuat konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanda bu ilin 8 ayı ərzində regionlarda 1 milyon 294 min 820 nəfər istirahət edib: "Bu rəqəmlərin maddi təhlili də mövcuddur. Ölkəmizdə turistlər 730 milyon 938 min manat pul xəricləyiblər. Bu,ötən ilə nisbətən 2 dəfə çoxdur".

Nazir bildirib ki, Azərbaycandan xaricə gedənlərin sayı bu il də çox olub: "4 milyondan çox Azərbaycan vətəndaşı xaricə səfər edib. Onların xaricidə xərclədiyi vəsait turistlərin ölkəmizdə xərclədiyi vəsaitdən 100 min aşağıdır. Bizim vətəndaşlar 4 milyon da getsə 600 min civarinda pul xərcləyir. Azərbaycana gələn isə 700 milyondan çox pul xərcləyir.

Bu o deməkdir ki, Azərbaycanın daxilində turizm munasibətləri musbət dinamika üzrə davam edir".

Nazir qeyd edib ki, Azərbaycanda turizm sənayesi artıq dövlət büdcəsinə böyük töhvə verir.

Nazir turistlərin Azərbaycanda davranışlarına da münasibət bildirib: “Turistlərin axını ilə bağlı müxtəlif fikirlər dolaşır. Deyirlər ki, özlərini apara bilmirlər. Turistlər Azərbaycanı görməyə gəliblər. Gələnlərin bizə xoş davanış nümayiş etdirməsi üçün bizim insanlar da onlara mədəniyyətimizi öyrətməlidirlər. Üzümü bütün insanlara tuturam. Qonaqpərvərlik kifayət qədər mürəkkəb anlayışdır".

Nazir qeyd edib ki, əgər istəyiriksə, bizi tanısınlar, bunun üçün müəyyən qədər işlər görülməli, bu yolda çalışmalı və dözümlü olmalıyıq.

Nazir bildirib ki, restoranlara gələn müştərilərə yerli sakin və ya əcnəbi olmasından asılı olmayaraq, bir menyu əsasında qiymətlər təqdim edilməlidir.

Onun sözlərinə görə, əks halda müvafiq orqanlar tədbir görülməlidir.

Əbülfəz Qarayev yol kənarlarında yeni, müasir tipli restoranlar açıldığını vurğulayıb: "Bununla bağlı Azəravtoyol ASC ilə danışıqlar aparılıb. Yolboyu iaşə obyektlərinin, o cümlədən sanitar qovşaqların yaradılması müzakirə edilib. Bütün bunların mərkəzləşdirilmiş qaydada aparılması vacibdir. Eyni zamanda, sahibkarkar da bu haqda fikirləşməlidirlər".

Nazir qeyd edib ki, Azərbaycan 3,5 milyion turisti qəbul etmək iqtidarındadır: "Yeni tədbirlər bu imkanları artıracaq".


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər