28 Sentyabr 2017 12:38
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın günlərdə Azadlıq prospektinin Binəqədi hissəsinə asfalt örtüyü çəkiləcək.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, bir müddət əvvəl aidiyyəti qurumlar tərəfindən həmin yolun yeraltı kommunikasiya xətləri, yağış kollektoru, su-qaz xətləri yenilənib: “ Yaxın günlərdə də asfatın vurulması planlaşdırılır. Yağışlar səngiyəndən sonra təmir işlərinə başlanılacaq”.

Qeyd edək ki, dünən axşam saatlarından başlayan aramsız yağışlar nəticəsində Binəqədi rayon Azadlıq prospektindən üzü şəhər istiqamətinə olan yollar su altında qalıb, avtomobillərin hərəkəti məhdudlaşıb.


Müəllif: Şəfiqə