Azərbaycanda dövlət tibb müəssisələrinin publik hüquqi şəxs statusu alması barədə ilkin siyahı hazırlanıb.
Teleqraf.com xəbər verir ki, bunu bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Onun sözlərinə görə, ilk olaraq 70 müəssisənin bu statusu alması nəzərdə tutulub və sonradan onların sayı artırılacaq: “Azərbaycanda dövlət tibb müəssisələrinin publik hüquqi şəxs statusu alması mərhələli şəkildə həyata keçiriləcək”.
Nazir müavini qeyd edib ki, Azərbaycanda dövlət tibb müəssisələri 10 ildən artıqdır ki, əhaliyə pulsuz xidmət göstərir: “Onlar isə sığortaya xidmət göstərmələri üçün publik hüquqi şəxs olmalı və xüsusi hesabları açılmalıdır”.