28 Sentyabr 2017 18:09
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın mərkəzi Təbriz şəhərində yerli sakinlə kürd satıcı arasında insident yaşanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, səyyar satıcılıq edən gənc kürd təbrizli qadının etirazından sonra avtobusdan düşüb.

Qadın gənci müdafiə edən şəxslərə də cavab verib:

“Lazım olsa, o malları öz şəhərimizdə təbrizlilərdən alarıq, daha kürddən niyə alırıq? Getsin bunları Kürdistanda satsın. Bunlar çörək qazanmırlar, çörəyə iddia edirlər. Urmiyaya iddia edirlər. Get, bura Kürdüstan deyil, Azərbaycandır”.

Qeyd edək ki, radikal kürdlərin Güney Azərbaycanın qərb bölgəsinə olan gülünc ərazi iddiası və son günlərdə İraq Kürdistanında keçirilən sözdə “müstəqillik” referendumu Güney Azərbaycan türklərinin hiddətinə səbəb olub.


Müəllif: Samir

Oxşar xəbərlər